Gəncədə koronavirusa yoluxan ana və övladının yaşayış yerini tərk etdiyi müəyyən olunub.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Gəncə regional qrupundan Lent.az-a verilən məlumata görə, koronavirus testinin nəticəsi pozitiv çıxan şəhər sakinləri Ulduz Allahverdiyeva və övladı Taleh Allahverdiyev ev şəraitində müalicə almalarına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, yaşadıqları ünvanları tərk ediblər.
Müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə həmin şəxslərlə porilaktiki-izahedici söhbətlər aparılıb, yaşadıqları evə göndərilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.