Koronavirus xəstəsi Mingəçevirdə karantin postunda saxlanılıb
DİN mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, saxlanılan "Kia" markalı avtomobilin sürücüsü, Ağdam rayon sakini Füzuli Əliyev COVID-19 virusuna yoluxduğu üçün ev şəraitində müalicəyə cəlb edilməsinə baxmayaraq, qaydaları pozaraq yaşadığı ünvanı tərk edib və Mingəçevir şəhərinə daxil olmaq istəyib. Əraziyə Təcili Tibbi Yardımın həkim briqadası dəvət olunub və həmin şəxs yaşadığı ünvana göndərilib.
F.Əliyev barəsində Mingəçevir şəhər Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.