Oğuz rayon sakini Nasif Həsənovun COVID-19 testinin nəticəsi pozitiv olduğuna görə, ev şəraitində müalicəyə cəlb edilməsinə və sanitar-karantin qaydaları izah edilməsinə baxmayaraq, o, yaşadığı ünvanı tərk edib.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, N.Həsənov yaşadığı rayondan gələrək Mingəçevir şəhərinə daxil olmaq istəyərkən karantin postunda saxlanılıb. Əraziyə həkim briqadası dəvət olunub və həmin şəxs yaşadığı ünvana göndərilib.
N.Həsənov barəsində Mingəçevir şəhər Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.