Gəncədə koronavirus xəstəsi stasionar postda saxlanılıb 
23 dekabr 2020 19:07 (UTC +04:00)

Gəncədə koronavirus xəstəsi stasionar postda saxlanılıb 

Koronavirus xəstələri postda saxlanıldılar - FOTO

Gəncə şəhər Baş Polis İdarəsinin və onun tabeli qurumlarının (ŞBPİ) əməkdaşları tərəfindən koronavirus pandemiyasının qarşısının alınması məqsədi ilə tədbirlər mütəmadi olaraq davam etdirilir.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Gəncə regional qrupundan Lent.az-a verilən məlumata görə, şəhər ərazisində qurulan stasionar postda koronavirus pandemiyasına yoluxan şəhər sakinləri Cavid Allahverdiyevin və  Dilbər Məmiyevanın karantin qaydalarına zidd davranaraq müalicə aldıqları ünvanı tərk etdikləri müəyyən edilib.

Bundan başqa şəhərin girişində qurulmuş stasionar postda şəhər  ərazisinə daxil olmaq istəyən 2 nəfər sürücünün koronavirus infeksiyasının daşıyıcıları olduqları aşkarlanıb. Belə ki, müvafiq yoxlama zamanı Gəncə şəhər ərazisinə daxil olmaq istəyən Daşkəsən rayon sakinləri Əli Aqayev və Boris Rzayevin COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin olunduğu və yaşayış yerini tərk etməməsi barədə xəbərdar edildiyi müəyyən edilib.

Karantin qaydalarını kobud şəkildə pozan həmin şəxslər polis əməkdaşları tərəfindən yaşadıqları ünvana qaytarılmaları təmin olunub. Faktlarla bağlı toplanmış materiallar araşdırılması üçün Gəncə ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsinə göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1486

Oxşar yazılar

Bakıda QƏZA:  Xəsarət alan var

Bakıda QƏZA: Xəsarət alan var

19 iyul 2025 , 01:37
"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar  təqdim edildi

"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar təqdim edildi

18 iyul 2025 , 22:37
Balakəndə maşın yaşlı qadını  vurub öldürdü

Balakəndə maşın yaşlı qadını vurub öldürdü

18 iyul 2025 , 21:50
Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

18 iyul 2025 , 21:48
Xaçmazda kişi dənizdə batdı

Xaçmazda kişi dənizdə batdı

18 iyul 2025 , 19:33
Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

18 iyul 2025 , 19:26
Bakıda quldurluq və oğurluq edən  5 nəfər tutuldu

Bakıda quldurluq və oğurluq edən 5 nəfər tutuldu

18 iyul 2025 , 19:23
Şirvanda sirkə turşusundan  zəhərlənən kişi öldü

Şirvanda sirkə turşusundan zəhərlənən kişi öldü

18 iyul 2025 , 19:15