Samsunda koronavirus xəstəliyinə tutulan 3 qardaş, bir həkim, bir müəllim və bir biznesmen 35 gün içində ölüb.
Lent.az Türkiyə mediasına istinadla xəbər verir ki, Çarşamba mahalında 3 qız atası olan biznesmen, 40 yaşlı Kenan Emirhan dekabrın 4-də koronavirusdan vəfat edib.
Daha sonra Bafradaki xüsusi bir xəstəxanada ortopediya və travmatoloji mütəxəssisi olaraq çalışan həkim qardaşı, 36 yaşlı Necati Emirhan da bir müddət əvvəl virusa yoluxmuşdu. 20 gün müalicə alan İki qız atası Emirhan yanvarın 7-də vəfat edib.
Vezirköprü mahalında evli və iki uşaq atası olan Emirhan ailəsinin dörd övladından biri olan 33 yaşlı Selman Emirhan, COVID-19 müalicəsi aldığı Çarşamba Dövlət Xəstəxanasının Reanimasiya şöbəsində ölüb.
Üç qardaşın dayıları Tevfik Akbaşın da koronavirusdan öldüyü, xalaları Mesude Akbaşın isə uzun müddətdir reanimasiyada sağ qalmaq üçün mübarizə apardığı bildirilir.