Tərtərdə qəzaya uğrayan avtomobilə kömək etmə istəyən şəxsi cərəyan vuraraq öldürüb.
Lent.az-ın APA-ya istinadən məlumatına görə, hadisə rayonun Xoruzlu kəndi ərazisində baş verib.
Avtomobil idarə etməni itirərək elektrik dirəyinə çırpılıb. Bu zaman avtomobilin sürücünə və sərnişinlərə kömək etmək edən Bərdə rayon sakini, 1984-cü il təvəllüdlü Quliyev Sənan Aslan oğlunu cərəyan vurub.
O, hadisə yerindəcə həyatını itirib. Faktla bağlı araşdırma aparılır.