Kombaynın təkərinə hava vurudu, partladı, ölən var - Azərbaycanda
05 iyun 2023 10:27 (UTC +04:00)

Kombaynın təkərinə hava vurudu, partladı, ölən var - Azərbaycanda

0

Ucar sakini bədbəxt hadisə nəticəsində ölüb.

Lent.az-ın APA-ya istinadən xəbərinə görə, hadisə bu gün səhər saatlarında rayonun Yuxarı Şilyan kəndində baş verib.

Kənd sakini, 1977-ci il təvəllüdlü Hakim Hətəm oğlu Əhmədov kombaynın qabaq təkərinə hava vurarkən təkər partlayıb. Ağır xəsarət alan H. Əhmədov xəstəxanaya gətirilərkən yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2590

Oxşar yazılar