Abşeron rayonunda ümumi sahəsi 200 m² olan, məcburi köçkünlərin məskunlaşdığı birmərtəbəli tikilidə sahəsi 35 m² olan iki otağın yanar konstruksiyaları və ev əşyaları yanıb.
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, yanğın zamanı 2 nəfər yanıq xəsarəti alıb.
Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb;