Kişinin beynindən  yemək çubuğu   çıxartdılar
14 dekabr 2023 14:09 (UTC +04:00)

Kişinin beynindən yemək çubuğu çıxartdılar

Vyetnamın Quang Binh əyalətində bir kişi şiddətli baş ağrıları, burun və boğazdan irinli axıntı ilə bağlı problemlər səbəbindən həkimə müraciət edib.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, həkimlər kişinin kəllə sümüyünün içərisində böyük bir şeyin olduğunu aşkar edib. 35 yaşlı kişini müayinə edən həkimlər kəllədaxili pnevmotoraksa səbəb olan sınmış çubuqların kəllə sümüyünün dərinliyində aşkar ediblər.

Zərərçəkənin ailəsi bildirib ki, o, təxminən 5 ay əvvəl sərxoş halda başqa şəxslə dava edib və üzündən xəsarət alıb. Lakin təcili yardım şöbəsində ilkin müayinə zamanı hər hansı anormallıq aşkar edilməyib və ona yalnız ilkin tibbi yardım göstərilib.

Həkim qrupu endoskopik cərrahiyyə və mikrocərrahiyyə əməliyyatı aparmaq qərarına gəlib. Uğurlu müdaxilədən sonra kişinin səhhəti stabildir və o, müalicəni davam etdirir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3279
avatar

Arzu Qurbanlı

Oxşar yazılar