Hindistanın Uttar-Pradeş ştatında qızının başını kəsməkdə şübhəli bilinən şəxs tutulub.
Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, Sarveş Kumar, 17 yaşlı qızının kəsilmiş başı ilə polis bölməsinə gələrkən tutulub.
Kişi qızının bəyənmədiyi bir kişi ilə sevişməsinə qəzəbləndiyini söyləyib. Dediyinə görə, bu yaxınlarda qızının münasibətini öyrənib və bu, onu çox əsəbiləşdirib. Onu evdə tək yaxaladığını, bir otağa bağladığını və iti bir şeylə başını kəsdiyini söyləyib.
Başını kəsərək yeriyən bir adamın görüntüsündən həyəcan keçirən yerli sakinlər polisə müraciət ediblər. Kişi polisə cəsədi və qətl silahını otaqda qoyub polis bölməsinə getdiyini söyləyib.