Kişi 70 yaşlı bacısını öldürərək basdırdı
15 mart 2022 22:51 (UTC +04:00)

Kişi 70 yaşlı bacısını öldürərək basdırdı

0

Şirvanda 70 yaşlı qadın qardaşı tərəfindən boğularaq qətlə yetirilib.

Lent.az-ın APA-ya istinadla məlumatına görə, əvvəllər dəfələrlə məhkum olunmuş Şirvan şəhər sakini, 1966-cı il təvəllüdlü Rəsulov Alim Rəsul oğlu ailə münaqişəsi zəminində bacısı - 1952-ci il təvəllüdlü Rəsulova Bəhruzə Rəsul qızını əli ilə boğaraq öldürüb. Bacısının qətlini gizlədən qardaş onu öz əcəli ilə ölən kimi el adəti ilə şəhər qəbristanlığında dəfn edib.

Bu gün isə hüquq-mühafizə orqanlarına qadının qətlə yetirildiyi məlum olub. Axşam saatlarında meyit hüquq-mühafizə orqanları təfindən müayinə olunmaq üçün qəbirdən  çıxarılaraq Şirvan morquna yerləşdirilib.

Qətli törətməkdə təqsirləndirilən A.Rəsulov saxanılıb.

Faktla bağlı Şirvan şəhər prokuroluğunda araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2580

Oxşar yazılar