Buryatiya Respublikasının İvolginski rayonunda 15 yaşlı qız bir neçə oğlan tərəfindən döyülüb.
Lent.az Rusiya KİV-ə istinadla bildirir ki, hadisə Xoytobey kəndində baş verib.
İlkin məlumata görə, cinayətdə 6 yeniyetmə iştirak edib - onlar 14-15 yaşlarındadır. Münaqişənin səbəbi şəxsi düşmənçilik olub.
- Hava ilə bağlı XƏBƏRDARLIQ: bu tarixdən sonra...
- Yasamalda evi qanunsuz sökənlər saxlanıldı - VİDEO
- Bakı-Sumqayıt qatarlarının hərəkəti bərpa olundu - YENİLƏNİB
Müəyyən edilib ki, şübhəli şəxslərdən biri bıçaqla həmyaşıdını öldürməklə hədələyib. Qız hadisəni anasına danışsa da, hüquq-mühafizə orqanlarına müraciət etməyib.
Yalnız amansız görüntüləri olan video internetdə yayıldıqdan sonra cinayət işi açılıb.