Kənddə "Volqa"nın vurduğu kişi öldü
15 oktyabr 2021 10:31 (UTC +04:00)

Kənddə "Volqa"nın vurduğu kişi öldü

Balakəndə avtomobil piyadanı vuraraq öldürüb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, oktyabrın 14-də saat 19 radələrində Balakən rayonunun Kortala kəndi ərazisində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hənifə kənd sakini İsa Həsənov idarə etdiyi “QAZ-3110” markalı avtomobillə piyada hərəkətdə olan Kortala kənd sakini Qurban Kərimovu vurub. Nəticədə Q.Kərimov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Balakən rayon Polis Şöbəsində araşdırma aparılır.

# 1089
avatar

Mehman Nəbiyev

Oxşar yazılar