Samuxda baş verən qətlin bəzi təfərruatları məlum olub.
Lent.az-ın APA-ya istinadla xəbərinə görə, qətlə yetirilən 37 yaşlı Elşən Sadıqov həmin vaxtı sərxoş olub. Hadisəni törədən şəxs 1973-cü il təvəllüdlü Habil Qasımov isə əlil olub.
Qeyd edək ki, hər iki şəxs qonşu idi.
***
23.37
Samuxda 37 yaşlı kişini bıçaqlamaqda təqsirli bilinən şəxs tutulub.
DİN-in mətbuat xidmətinin əməkdaşı Eşqın Qasımov APA-nın yerli bürosununa bildirib ki, hadisəni rayon İstixana qəsəbə sakini 1973-cü il təvəllüdlü Habil Qasımov törədib. Keçrilən əməliyyat zamanı hadisəni törədən şəxs tutulub. O, ilkin ifadəsin qətli törətdiyini etiraf edib. Faktla bağlı araşdırma aparılır.
***
22.48
Samuxda qətl hadisəsi baş verib.
Lent.az-ın APA-ya istinadla xəbərinə görə, hadisə rayonun İstixana qəsəbəsində qeydə alınıb.
37 yaşlı Sadıqov Elşən Suliddin oğlu ürək nahiyəsindən bıçaqlanıb. Yaralı xəstəxanaya çatırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.