Tərtər rayonunun Evoğlu kənd sakinlərindən 5 ədəd ov tüfəngi aşkar edilərək götürülüb.
DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə,Tərtər rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Evoğlu kənd sakinləri Q.Rzayevin, X.Axundovun, S.Allahverdiyevin və E.Cahangirovun yaşadıqları evlərinə baxış zamanı 5 ədəd “İJ” markalı ov tüfəngləri aşkar edilərək götürülüb.
Faktla bağlı rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.