Kənd sakininin maşını yandı
25 oktyabr 2021 22:27 (UTC +04:00)

Kənd sakininin maşını yandı

0

Qax rayonunun Əlibəyli kəndində axşam saatlarında 1986-cı il təvəllüdlü Suxaşvili Mamia Nodarovicə məxsus “VAZ 2106” markalı minik avtomobilində yanğın baş verib.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə yerinə FHN-in Qax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Yanğın nəticəsində  minik avtomobilinin yanar konstruksiyaları yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3205

Oxşar yazılar