Gədəbəydə bir nəfəri elektrik cərəyanı vurub.
Rayon Prokurorluğundan Lent.az-a verilən xəbərə görə, martın 25-də saat 19 radələrində rayonun Kərimli kənd sakini, 52 yaşlı Hüseynov Şaiq Hüseyn oğlunun elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı məlumat daxil olub.
Araşdırmalarla Şaiq Hüseynovun kənd ərazisində elektrik enerjisinin kəsilməsi səbəbindən transformatora müdaxilə edərkən elektrik cərəyanın təsirinə məruz qalaraq ölməsi müəyyən edilib.
Hazırda fakt üzrə Gədəbəy rayon Prokurorluğunda araşdırma aparılır.