Kəlbəcərdə yük maşını çaya aşdı -  Ölən var
17 dekabr 2023 16:16 (UTC +04:00)

Kəlbəcərdə yük maşını çaya aşdı - Ölən var

0

Kəlbəcərdə ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Lent.az-ın xəbərinə görə, Daxili İşlər Nazirliyi  mətbuat xidmətinin Gəncə regional qrupundan daxil olan sorğuya cavab olaraq bildirilib, bu gün Kəlbəcər Rayon Polis Şöbəsinə rayonun Qamışlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olub.

Polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər keçirib. İlkin araşdırmalar zamanı məlum olub ki, Bakı şəhər sakini S. Rəhimov idarə etdiyi "Man" markalı yük avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirərək çay yatağına aşıb. Sürücü hadisə yerindən ölüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4853

Oxşar yazılar