Kəlbəcərdə hərbçilərin maşını qəzaya uğradı,  ölən və yaralanan var
23 iyul 2023 00:07 (UTC +04:00)

Kəlbəcərdə hərbçilərin maşını qəzaya uğradı, ölən və yaralanan var

5

Kəlbəcərdə hərbçilərin olduğu avtomobil qəzaya uğrayıb.

Lent.az xəbər verir ki, bunu  hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev deyib.

Qeyd olunub ki, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə məxsus "Maz" markalı avtomobilin iyulun 22-də qəzaya uğraması, hərbi qulluqçular baş əsgər Əliyev Emin Eldəniz oğlunun ölməsi və leytenant Hüseynov Əli İlyas oğlunun müxtəlif dərəcəli bədən xəsarətləri alması faktı ilə əlaqədar Kəlbəcər Hərbi Prokurorluğunun və Azərbaycan Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları hadisə yerinə baxış keçirib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, izahatlar alınıb və digər hərəkətlər icra edilib.

Hazırda Kəlbəcər Hərbi Prokurorluğunda araşdırma davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaqdır.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
5
# 4852

Oxşar yazılar