Keçmiş prezidentin oğlunun arvadını  vəhşicəsinə döyməsinin   TƏFƏRRÜATI - YENİLƏNİB
16 may 2023 17:39 (UTC +04:00)

Keçmiş prezidentin oğlunun arvadını vəhşicəsinə döyməsinin TƏFƏRRÜATI - YENİLƏNİB

Özbəkistanın keçmiş prezidenti İslam Kərimovun oğlunun saxlanılmasının təfərrüatları məlum olub. 

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, Pyotr Kərimov həyat yoldaşını pula görə döyüb. O, arvadından Daşkəndə uçmaq və oteldə qalmaq biletinin pulunu verməsini tələb etdiyi üçün gecə onlar mübahisə edib. Lakin onun tələb etdiyi məbləğ olmayıb. Bu, kişini qəzəbləndirib və o, arvadına hücum edib.

Pyotr Kərimov polis bölməsindən buraxıldıqdan sonra itkin düşüb.

***

12:05

Özbəkistanın keçmiş prezidenti İslam Kərimovun oğlu Krasnoqorskda həyat yoldaşını vəhşicəsinə döyüb.

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, hər şey Moskva yaxınlığındakı bulvardakı çoxmərtəbəli binada baş verib. Mübahisə zamanı Pyotr Kərimov arvadını bir neçə dəfə vurub.

Qadın müxtəlif  bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Kərimov polis idarəsində dindirilib və sərbəst buraxılıb.

Hadisə ilə bağlı araşdırma təşkil edilib. Məlumata görə, Özbəkistanın keçmiş prezidentinin oğlu indi şübhəli statusundadır.

Həkimlər onun həyat yoldaşına qarının küt travması, beyin silkələnməsi və qanaxma diaqnozu qoyublar.

İslam Kərimov 1991-ci ildə Özbəkistanın prezidenti olub. 2016-cı il avqustun 27-də beyin qanaması keçirib və xəstəxanaya yerləşdirilib. Sentyabrın 2-də Kərimov dünyasını dəyişib.
 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3979

Oxşar yazılar

Xudafərində qazıntı aparan iranlılardan biri çaya düşdü -YENİLƏNİB -VİDEO

Xudafərində qazıntı aparan iranlılardan biri çaya düşdü-YENİLƏNİB-VİDEO

11 may 2025 , 14:16
Balakəndə evdən meyit tapıldı

Balakəndə evdən meyit tapıldı

11 may 2025 , 10:52
Bakıda yanan tikilidə meyit aşkarlandı

Bakıda yanan tikilidə meyit aşkarlandı

11 may 2025 , 10:09
Qazaxda yeniyetmə skuterdən yıxılıb öldü

Qazaxda yeniyetmə skuterdən yıxılıb öldü

11 may 2025 , 01:46
İmişlidə 33 yaşlı kişi bıçaqlandı

İmişlidə 33 yaşlı kişi bıçaqlandı

10 may 2025 , 23:15
Gəncədə avtomobil 52 yaşlı qadını vurub öldürdü

Gəncədə avtomobil 52 yaşlı qadını vurub öldürdü

10 may 2025 , 22:41
Gəncədə maşın 18 yaşlı qızı vurdu

Gəncədə maşın 18 yaşlı qızı vurdu

10 may 2025 , 22:04
Goranboyda 64 baş iribuynuzlu heyvan zəhərlənib öldü

Goranboyda 64 baş iribuynuzlu heyvan zəhərlənib öldü

10 may 2025 , 21:06