Keçmiş nazir müavini arvadına görə intihar etdi
15 yanvar 2026 13:14 (UTC +04:00)

Keçmiş nazir müavini arvadına görə intihar etdi

0

Rusiyanın Əmək və Sosial Müdafiə Nazirliyinin keçmiş nazir müavini Aleksey Sklyar Moskvadakı şəxsi evində ölü tapılıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, ilkin məlumata görə, o, intihar edib.

Məlumata əsasən, evin qapısı açıq olub. Cəsəd isə girişdə, kandarın yanında aşkarlanıb. İstintaq orqanları hadisənin təfərrüatlarını araşdırır.

Sklyar 2018–2022-ci illərdə Rusiyanın Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini vəzifəsində çalışıb.

Qeyd olunur ki, keçmiş məmur ölümündən əvvəl dostlarına Telegram vasitəsilə belə bir mesaj göndərib: “Bu məktubu oxuyursunuzsa, deməli mən artıq yoxam. Hər şeydə mənim həyat yoldaşım günahkardır”.

Həlak olan keçmiş nazir müavininin həyat yoldaşı Yuliya isə sualları cavablandırmaqdan imtina edib: qadın güclü emosional sarsıntı vəziyyətində olub.

Sklyarın yaxın çevrəsi bildirib ki, cütlük arasında bir neçə il ərzində qısqanclıq zəminində münaqişələr və qalmaqallar yaşanıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 634

Oxşar yazılar