Keçmiş mer həbsdə özünü öldürdü
23 fevral 2023 16:13 (UTC +04:00)

Keçmiş mer həbsdə özünü öldürdü

Rusiyanın Arxangelsk vilayətinin Kotlas şəhərinin keçmiş meri Andrey Bralnin həbsxanada intihar edib.

Lent.az yerli KİV-ə istinadla bildirir ki, hadisə bu gün günorta saatlarında Velsk şəhərində yerləşən istintaq təcridxanasında baş verib. Mərhum korrupsiyada ittiham olunaraq, saxlanılıb. 

Bralnin 2013-cü ilin sentyabrından Kotlasın meri olub və 2021-ci ilin fevralında istefa verib. Həmin ilin martında o, Moskvada FSB tərəfindən saxlanılıb. Keçmiş məmura qarşı rüşvət alma və vəzifə səlahiyyətlərindən sui-istifadə maddəsi ilə cinayət işi başlanıb. Ümumilikdə o, 18 milyon rubla qanunsuz mənimsəmədə ittiham olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2067
avatar

Oxşar yazılar