Keçmiş məhkumun torpağa basdırdığı   silah götürüldü
10 iyun 2023 14:48 (UTC +04:00)

Keçmiş məhkumun torpağa basdırdığı silah götürüldü

0

Gəncədə keçmiş məhkumdan odlu silah götürülüb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları əldə olunan məlumat əsasında əməliyyat tədbiri keçiriblər. Nəticədə əvvəllər məhkum olunmuş R.Əliyevin şəhər ərazisində torpağa basdırdığı 2 ədəd nömrəsi silinmiş “TOZ-8” markalı tüfəng və 2 ədəd avtomat patronu aşkar olunaraq götürülüb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2036

Oxşar yazılar