Keçmiş məhkumun evindən "Kalaşnikov" tapıldı
18 yanvar 2021 13:12 (UTC +04:00)

Keçmiş məhkumun evindən "Kalaşnikov" tapıldı

Bakıda evdən odlu silah tapılıb.

DİN mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Sabunçu rayon Polis İdarəsinin əməkdaşları əldə edilmiş məlumat əsasında əməliyyat-axtarış tədbiri keçiriblər. Nəticədə Bakıxanov qəsəbə sakini, əvvəllər məhkum olunmuş A.Balakişiyevin evinin zirzəmisinə baxış zamanı oradan nömrəsi silinmiş “AKMS” markalı silah, 1 ədəd patron darağı və 4 ədəd patron aşkar edilərək götürülüb.

# 1347
avatar

Mehman Nəbiyev

Oxşar yazılar