Avqustun 6-da Masallı rayon ərazisindəki evlərin birindən 7000 manat pul və 5000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Lent.az Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, Masallı rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Qodman kənd sakini, əvvəllər məhkum olunmuş İ.Mürşüdov saxlanılıb.