Ağsu rsyonu, Növcü kəndindəki kafenin sərtləşdirilmiş karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərdiyi aşkar edilib.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, Ağsu rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi tədbirlər zamanı kafedə müştərilərə yerində xidmət göstərildiyi məlum olub. Obyektin sahibi, rayonun Xəlilli kənd sakini Fərhad Şıxıyev və orada olan 4 nəfər müştəri Polis Şöbəsinə dəvət olunub. Polis Şöbəsində onların barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib.