Gəncədə karantin rejimini pozan kafe aşkarlanıb.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupundan Lent.az-a verilən məlumata görə, Gəncə şəhər Baş Polis İdarəsi Nizami rayon Polis İdarəsinin əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı rayon ərazisində gizli şəkildə fəaliyyət göstərən kafe aşkarlayıb. Obyektin sahibi Elşad İbrahimov və 7 nəfər müştəri qanunla müəyyən edilmiş qaydada saxlanılaraq rayon Polis İdarəsinin ərazi üzrə Polis Bölməsinə gətirilib və barələrində qanunamüvafiq tədbir görülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.