Karantini pozan 117 nəfər cəzalandırıldı
05 yanvar 2021 17:12 (UTC +04:00)

Karantini pozan 117 nəfər cəzalandırıldı

Naftalan şəhər Polis Şöbəsinin əməkdaşları gücləndirilmiş iş rejimində xidmət apararaq, sakinlər arasında profilaktiki tədbirlər həyata keçirir, 

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupundan Lent.az-a verilən məlumata görə, mümkün qədər evdə qalmağı, zəruri hallarda evdən çıxdıqda isə tibbi maska, dezinfeksiya edici vasitələrdən istifadə etməyi tövsiyyə etməklə bərabər şəhər ərazisindəki pensiya və müavinətlərin verilməsi ilə bağlı bankomatların önündə yarana biləcək sıxlığı nəzərə alaraq, polis əməkdaşları bu ərazilərə xüsusi olaraq nəzarət edir, sosial məsafənin qorunması üçün lazımi tədbirləri yerinə yetirir. 

Mütəmadi olaraq keçirilən reydlər zamanı  xüsusi karantin rejiminin tələblərini pozan 117 nəfər barəsində müvafiq qanunlara uyğun olaraq tədbir görülüb. Aparılan araşdırmalarla 1 iaşə obyektinin karantin rejiminin tələblərinə zidd olaraq fəaliyyət göstərdiyi məlum olub ki, rayon Polis Şöbəsinin əməkdaşları həmin obyektlər barəsində qanunamüvafiq tədbir görüb. Bundan başqa koronavirus testinin nəticəsi pozitiv çıxmasına baxmayaraq yaşayış yerini tərk edən 1 nəfər barəsində şəhər Polis Şöbəsinin İstintaq Qrupunda Cinayət  Məcəlləsinin 139-1. (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb araşdırmalar davam etdirlir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1617
avatar

Mehman Nəbiyev

Oxşar yazılar