Karantinə məhəl qoymayan 1700-dən çox sürücü cərimələndi - DYP
15 yanvar 2021 09:51 (UTC +04:00)

Karantinə məhəl qoymayan 1700-dən çox sürücü cərimələndi - DYP

Yanvarın 14-də postlardan keçməyə cəhd göstərən 1766 nəqliyyat vasitəsi müəyyən olunaraq geri qaytarılıb.

DİN mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, eləcə də ölkə üzrə karantin rejimi qaydalarını pozan                 2 nəfər barəsində inzibati həbs, 2772 nəfər barəsində digər inzibati tənbeh tədbirləri tətbiq olunub. 
Eyni zamanda ev şəraitində müalicə təyin edilən 2 nəfər aktiv COVID-19 xəstəsi ictimai yerlərdə müəyyən olunub saxlanılaraq evə qaytarılıblar. Onlar barəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda istintaq araşdırmaları davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1002
avatar

Mehman Nəbiyev

Oxşar yazılar