Karantində yas mərasimi
31 mart 2021 12:19 (UTC +04:00)

Karantində yas mərasimi

Karantində yas məclisi keçirmək baha başa gəldi

Biləsuvarda yas mərasimi təşkil edən şəxs cərimələnib.

DİN mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, Biləsuvar rayon Polis Şöbəsinin əməkdaşları rayonun Amankənd kəndində M.Kərimovun yas mərasimi keçirildiyini  müəyyən ediblər. Dərhal həmin ünvana gələn polis əməkdaşları karantin rejiminin qaydaları və tələblərini orada olan şəxslərin diqqətinə çatdırıblar.

M.Kərimov barəsində karantin rejiminin tələblərini pozduğu üçün İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və 200 manat məbləğində cərimələnib

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1620
avatar

Mehman Nəbiyev

Oxşar yazılar