Karantində mindən çox adamı "işə götürən" direktora cinayət işi açıldı
08 yanvar 2021 12:33 (UTC +04:00)

Karantində mindən çox adamı "işə götürən" direktora cinayət işi açıldı

Karantində sərbəst hərəkət etmək üçün pul müqabilində işə götürən şirkət rəhbəri ifşa edilib.

DİN mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Dövlət Vergi Xidməti əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şirkət təsisçisi və direktoru olan Bakı şəhər sakini S.Hüseynzadənin 1190 nəfər vətəndaşın karantin postlarından sərbəst hərəkət etmələri üçün onları öz şirkətinə 10-50 manat pul müqabilində qanunsuz işə götürməsi müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1446
avatar

Mehman Nəbiyev

Oxşar yazılar