Karantin qaydalarının pozulduğu məclis aşkar edildi
07 noyabr 2021 21:56 (UTC +04:00)

Karantin qaydalarının pozulduğu məclis aşkar edildi

0

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şirvan regional qrupundan Lent.az-a verilən məlumata görə, keçirilən tədbirlər nəticəsində rayonun Çolpı kənd sakini E.Asdanovun fərdi yaşayış evinin həyətində təyin olunmuş qaydaları pozaraq normadan artıq sayda qonağın iştirakı ilə toy məclisi keçirdiyi müəyyən edilib.

Aşkarlanan qayda pozuntusu ilə bağlı ev sahibi ilə profilaktiki söhbətlər aparılıb və barəsində qanunamüvafiq tədbirlər görülüb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1712

Oxşar yazılar