Kamil Zeynallı
14 dekabr 2020 17:47 (UTC +04:00)

Kamil Zeynallı

Kamil Zeynallının saxlanılmasının səbəbi AÇIQLANDI - YENİLƏNİB

Göygöl rayon Məhkəməsi Kamil Zeynallı barədə həbs qərarı seçib.

Bu barədə DİN mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytnantı Eşqin Qasımov Lent.az-a bildirib. Onun sözlərinə görə, Kamil Zeynallı İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə  vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə) maddəsi ilə təqsirli bilinərək, 30 günlük həbs edilib.

Məlumata görə, dekabrın 13-də axşam saatlarında Göygöl rayonu ərazisindən işğaldan azad olunan Kəlbəcər rayonuna keçmək istəyərkən, polis ona icazə verməyib. Lakin o, polisin qanuni tələbinə tabe olmayıb.

***

16:15

Fitnes məşqçisi Kamil Zeynallını polis əməkdaşları saxlayıb.

Lent.az-ın xəbərinə görə, hələlik onun hansı səbəbdən saxlanılması barədə məlumat yoxdur.

# 4428
avatar

Mehman Nəbiyev

Oxşar yazılar