Bakının Yasamal rayonunda 4 nəqliyyat vasitəsi qəzaya uğrayıb.
Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə 20 Yanvar dairəsində qeydə alınıb.
Belə ki, “KamAz” markalı yük maşının sürücüsü qəfil əyləcdən istifadə edib. Bu zaman yük maşının əyləcində nasazlıq yaranıb. İdarəetmədən çıxan “KamAz” əvvəlcə “Toyota” markalı avtomobilə çırpılıb. Ardınca “Nissan” və “Hyundai”a dəyən yük maşını yol ayrıcı betona çırpılaraq dayanıb.
Yük maşının sürücüsü APA-ya bildirib ki, hadisəyə səbəb “KamAz”ın əyləc blokunun partlamasıdır.
Qəza nəticəsində “Toyota” markalı avtomobilin sərnişini xəsarət alıb.
Fakt Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırılır.