Cəlilabadda kafeni qumarxanaya çevirən şəxslər cərimələnib.
DİN mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Cəlilabad rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 22-də saat 1 radələrində şəhər ərazisində şəhər sakini H.Rzayevin özünə məxsus “Okean” kafesində 10 nəfərin iştirakı ilə qumarxana təşkil etməsi müəyyən edilib.
H.Rzayev saxlanılıb, digər şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 228-ci, 333-cü və 525-ci maddələri ilə inzibati protokollar tərtib edilib.