Gecə yarısından sonra fəaliyyət göstərən kafe cərimələnib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, polis əməkdaşlarının bu istiqamətdə keçirdiyi növbəti tədbirlər zamanı rayon ərazisində yerləşən “Alça bağı” kafesinin karantin qaydalarına zidd olaraq gecə saat 00:00-dan sonra fəaliyyət göstərdiyi aşkar edilib.
Həmin obyekti icarə əsasında işlədən şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilərək cərimə olunub