Qubada karantin rejimini pozan şəxslər cərimələniblər.
DİN mətbuat xidmətinin Quba regional qrupundan Lent.az-a verilən məlumata görə, Quba rayon Polis Şöbəsinin əməkdaşları xidmət aparan zaman rayon ərazisində karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən kafe aşkarlayıblar. Dərhal obyektin fəaliyyəti dayandırılıb, sahibi Müseyib Ələkbərov və orada olan 9 nəfər şəxs saxlanılaraq polis şöbəsinə gətiriliblər.
Həmin şəxslər barəsində inzibati qaydada tədbirlər görülüb və təyin olunmuş qaydalara riayət etmələri barədə profilaktik söhbətlər aparılıb.