Kadırovun  sağ əlinin   Ukraynada məhv edilməsi xəbəri yayıldı
14 iyun 2023 13:07 (UTC +04:00)

Kadırovun sağ əlinin Ukraynada məhv edilməsi xəbəri yayıldı

0

Ukrayna ordusu Çeçenistan lideri Ramzan Kadırovun silahdaşının məhv edildiyini bildirib.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Qeyd olunur ki, Adam Delimxanov “kadırovçular”la Zaporojye vilayətində olub.

Bu barədə jurnalist, siyasi ekspert, Ukrayna Silahlı Qüvvələrinin könüllüsü Kirill Sazonov “Facebook”da bildirib.

Bununla belə, Rusiya tərəfi Adam Delimxanovun Ukraynada yaralandığını iddia edir.

Çeçenistan rəhbəri Ramzan Kadırov isə bildirib ki, Ukraynada xüsusi hərbi əməliyyat zonasında yaralanan Dövlət Dumasının deputatı Adam Delimxanovla əlaqə saxlaya bilməyib. Siyasətçi müvafiq postu özünün Telegram kanalında yerləşdirib.

“Mən özüm Adəm Dəlimxanovu heç bir şəkildə tapa bilmirəm. O, əlaqə saxlamır”, – Kadırov yazıb.

Bundan əvvəl “Zvezda” telekanalı özünün Telegram kanalında Dəlimxanovun xüsusi əməliyyat zonasında yaralandığını bildirmişdi. Bu barədə telekanala Rusiya parlamentinin aşağı palatasının mətbuat xidmətindəki mənbədən məlumat verildiyi bildirilir.

***

Dövlət Dumasının spikeri Vyaçeslav Volodin xüsusi əməliyyat zonasında yaralanan deputat Adam Delimxanovla əlaqə saxladığını bildirib. 
Lent.az Rusiya mediasına istinadən bildirir ki, bunu parlamentari Dmitri Kuznetsov deyib.
Parlamentin aşağı palatasının sədri deputatları Dəlimxanovun sağlam olduğuna inandırıb.

"Volodin bizə həmkarımız haqqında belə bir şey söylədi: "Biz indicə Adam Delimxanovla danışdıq. O, sağdır. Bizə cansağlığı arzulayır", - Kuznetsov deyib.
 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2701

Oxşar yazılar