Jurnalisti həbsxanada "tok" verib  öldürdülər
05 mart 2025 17:52 (UTC +04:00)

Jurnalisti həbsxanada "tok" verib öldürdülər

Rusiya həbsxanasında jurnalist elektrik cərəyanı ilə işgəncə verilərək öldürülüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, 2023-cü ildə Zaporojye vilayətinin Melitopol şəhərində saxlanılan jurnalist Viktoriya Roşçinanın ölümü ilə bağlı bəzi halları öyrənmək mümkün olub.

Bildirilir ki, qız əvvəlcə saxlanma yerində qalıb, sonra işgəncə düşərgəsinə çevrilən Taqanroqdakı 2-ci istintaq təcridxanasına aparılıb. Roşçina ora aparılarkən bədənində bıçaq yaraları olub.

Kamera yoldaşlarının dediyinə görə, jurnalist elektrik cərəyanı ilə işgəncəyə məruz qalıb ki, nəticədə bədənində göyərmələr yaranıb. Qız mədəsində problem, qızdırma və menstruasiyanın kəsilməsi ilə bağlı məhbuslara şikayət edib. Orada Roşçina təxminən 30 kq arıqlayıb və çətinliklə yataqdan qalxıb.

Ombudsman istintaq təcridxanasına gələndə Viktoriya ondan gizlədilib.

Jurnalisti sonuncu dəfə 2024-cü il sentyabrın 8-də sağ görüblər və bir ay sonra Rusiya Müdafiə Nazirliyi onun ölümü ilə bağlı ailəsinə məlumat verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 896

Oxşar yazılar