Bakıda tikintidə faciə baş verib.
Lent.az xəbər verir ki, hadisə Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən “Jasmin Park” yaşayış kompleksində qeydə alınıb.
Tikilməkdə olan 16 mərtəbəli binanın 5-ci mərtəbəsində usta işləyən, Cəlilabad rayon sakini, 1963-cü il təvəllüdlü Lazım Aslan oğlu Bağırov yıxılaraq ölüb.
Faktla bağlı Yasamal rayon prokurorluğu tərəfindən araşdırma aparılır.