Bakıda itkin düşən gənc oğlan tapılıb.
Bu barədə Lent.az-a onun yaxınları məlumat veriblər. Onların sözlərinə görə, 4 gündür axtarışda olan 26 yaşlı Ülvi Mürüdovu ötən gecə şəhər ərazisində görüblər.
Bildirilib ki, Ü. Mürüdov halı pisləşdiyi üçün xəstəxanaya müraciət edib. Daha sonra isə tanışının evinə gedib. Onu görən şəxs yaxınlarına zəng edərək, tapılması barədə məlumat verib.
***
29.03.2022
Saat: 21:47
Bakıda gənc oğlan itkin düşüb.
Lent.az-ın məlumatına görə, 26 yaşlı Qax rayon sakini Mürüdov Ülvi Cavid oğlu martın 25-də Bakıda kirayədə yaşadığı evdən çıxaraq, bir daha geri qayıtmayıb.
Onu görən şəxslərdən polisə və (070)202-81-93 mobil nömrəsinə məlumat vermələri xahiş olunur.
Qeyd edək ki, Ü. Mürüdov iki dəfə beyin əməliyyatı keçirib. Onun Bakıya işləmək məqsədilə gəldiyi bildirilir. Məlumata görə, o, sonuncu dəfə paytaxtın Yasamal rayonu ərazisində olub.
Ülvi Mürüdov