Türkiyədə itkin düşən kişinin parçalanmış meyiti tapılıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Ordu şəhərinin Qızılordu qəsəbəsində qeydə alınıb. 63 yaşlı Hasan Usmanın İstanbulda yaşayan oğlu 5 gün atasından xəbər ala bilmədikdən sonra qohumlarına məlumat verib.
Qohumları kişinin yaşadığı evin yaxınlığına baş çəkiblər. Onlar evdən 30 metr kənarda H. Usmanın parçalanmış meyitini, 40 metr kənarda isə paltarını aşkar ediblər.
Araşdırma nəticəsində kişinin beldən aşağı nahiyəsinin vəhşi heyvanlar tərəfindən parçalandığı iddası irəli sürülüb. Cəsəd müayinə üçün məhkəmə-tibbi ekspertizasına göndərilib.
Araşdırma aparılır.