itkin düşənlər
24 sentyabr 2021 18:54 (UTC +04:00)

itkin düşənlər

İtkin düşən daşkəsənli uşaqların meyitləri TAPILDI - YENİLƏNİB

Daşkəsən rayon Polis Şöbəsinin və ANAMA əməkdaşlarının iştirakı ilə keçirilən axtarış tədbirləri nəticəsində iyul ayının 30-da itkin düşmüş Daşkəsən rayon Alaxançallı kənd sakinləri 2010-cu il təvəllüdlü İsmət Bayramov və 2000-ci il təvəllüdlü Ülfət Rüstəmovun minaya düşmüş cəsədləri Göygöl rayonunun Kəlbəcər rayonu ilə sərhədində, minalanmış ərazidə aşkarlanıb.

Bu barədə Lent.az-a  Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, hava şəraiti ilə bağlı onların nəşinin ərazidən çıxarılması hələlik mümkün olmayıb.

11:12

İyulun 30-da itkin düşən Daşkəsənin Alaxançalıı kənd sakinləri 2010-cu il təvəllüdlü İsmət Bayramov və 2000-ci il təvəllüdlü Ülfət Rüstəmovdan yeni xəbər var.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş-leytenantı Eşqin Qasımov Lent.az-a bildirib ki, itkin düşən şəxslərə aid maddi sübutlar Kəlbəcər rayonu ilə sərhəddə aşkar edilib:

“Ərazidən onlara məxsus atın qalıqlar və yəhəri, həmçinin uşaqlardan birinin gödəkçəsi və ayaqqabıları tapılıb. Hazırda uşaqların axtarışları davam edir”.

E. Qasımov axtarış işlərinə ANAMA əməkdaşlarının da cəlb olunduğunu qeyd edib.

Qeyd edək ki, Daşkəsən rayonunun Alıxançallı kənd sakini, 2010-cu il təvəllüdlü İsmət Bayramov və həmkəndlisi, 2000-ci il təvəllüdlü Ülfət Rüstəmov iyulun 30-da həmin kənd ərazisində at gətirmək adı ilə evdən çıxaraq bir daha geri qayıtmayıblar.

# 16470
avatar

Mehman Nəbiyev

Oxşar yazılar