İstirahət günlərində respublika ərazisində 9 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb və yaşadıqları evlərə qaytarılıb.
DİN mətbuat xidmətindən Lent.az-a daxil olan xəbərə görə, 8 nəfər barəsində isə Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. İstintaq araşdırmaları davam etdirilir.