Respublikanın daxili işlər orqanları tərəfindən, istirahət günləri törədilən 79 cinayətin üstü “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, əvvəlki dövrlərdən bağlı qalan 21 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 58 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 41 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında baş verən 3 yol-nəqliyyat hadisəsi nəticəsində 5 nəfər ölüb, 6 nəfər xəsarət alıb.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 58, qanunsuz saxlanılan silah-sursatla bağlı 5 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 82 nəfər saxlanılıb.