İstirahət günləri yollarda 2 azyaşlı öldü, 3-ü isə... - RƏSMİ  - YENİLƏNİB
11 oktyabr 2021 14:38 (UTC +04:00)

İstirahət günləri yollarda 2 azyaşlı öldü, 3-ü isə... - RƏSMİ - YENİLƏNİB

Ötən həftənin şənbə və bazar günləri respublika ərazisində ölüm və xəsarətlə nəticələnən 10 yol-nəqliyyat hadisəsi baş verib.

Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev Lent.az-a bildirib ki, bu qəzalar nəticəsində 5 nəfər ölüb, 11 nəfər isə yaralanıb. Ölümlə nəticələnən qəzaların 3-ü piyada vurma hadisələri olub ki, 2 azyaşlı piyada həyatını itirib və 1 toqquşma hadisəsində 3 azyaşlı sərnişin xəsarət alıb:

“Oktyabrın 9-da saat 19:05-də Ağdaş rayonu Nemətabad kəndi ərazisində 27 yaşlı Allahverdiyev Akşin İlqar oğlu idarə etdiyi “VAZ 2106” markalı, avtomobillə yolu keçən piyada 9 yaşlı Əbilov Yusif Mehman oğlunu vurub və azyaşlı vəfat edib. Nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə edən A.Allahverdiyev hadisə yerindən uzaqlaşsa da, saxlanılaraq istintaqa təhvil verilib.

Həmin gün saat 21:30-da Goranboy rayonu Xanqərvənd kəndi ərazisində 34 yaşlı Abbasov Pərviz Rəfi oğlunun etibarnamə olmadan idarə etdiyi  “NAZ LİFAN” markalı, avtomobillə, 22 yaşlı Nuruzadə İlkin Ələsgər oğlunun sürücülük hüququ olmadan idarə etdiyi “Mercedes” markalı, və 50 yaşlı Hüseynov Arif Əjdər oğlunun idarə etdiyi eyni markalı, nəqliyyat vasitələri toqquşub. Nəticədə “NAZ LİFAN” markalı avtomobilin sürücüsü P.Abbasov ölüb, avtomobildə olan sərnişinlər - həyat yoldaşı 28 yaşlı Allahverdiyeva Məhəbbət Elçin qızı, qızları 8 yaşlı Kəmalə, 6 yaşlı Sevda və oğlu 2 yaşlı Abbas, eləcə də digər nəqliyyat vasitəsində sərnişin 20 yaşlı Hüseynov Vüqar İlqar oğlu xəsarət alıblar.

Oktyabrın 10-da saat 14 radələrində Tərtər rayonu Hüləbətli kəndi ərazisində 55 yaşlı Abbasov Rasim Məhəmməd oğlu idarə etdiyi “VAZ 21063” markalı, nəqliyyat vasitəsilə hərəkətdə olarkən yolu keçməkdə olan piyada 6 yaşlı Məmmədova Günəş Allahverdi qızını vurub və azyaşlı dünyasını dəyişib”.

DYP bir daha hərəkət iştirakçılarından yollarda diqqətli və məsuliyyətli olmağı, xüsusən də azyaşlıları nəzarətsiz qoymamağı xahiş edir.

***

Saat: 11:40

Respublikanın daxili işlər orqanları tərəfindən ötən həftəsonu törədilmiş 59 cinayətin üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə. əvvəlki dövrlərdən bağlı qalmış 21 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 58 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 42 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər ölüb.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 35, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 61 nəfər saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2556
avatar

Mehman Nəbiyev

Oxşar yazılar

Samuxda "QAZ-53" minik maşını ilə toqquşdu: Ölən var

Samuxda "QAZ-53" minik maşını ilə toqquşdu: Ölən var

22 noyabr 2024 , 21:16
Bakıda evdən qadın meyiti  tapıldı

Bakıda evdən qadın meyiti tapıldı

22 noyabr 2024 , 19:20
Şəhər Polis İdarəsinin keçmiş rəisi həbs olundu

Şəhər Polis İdarəsinin keçmiş rəisi həbs olundu

22 noyabr 2024 , 18:02
Saxladığı şəxsi qəddarcasına döyən polisə belə cəza verildi

Saxladığı şəxsi qəddarcasına döyən polisə belə cəza verildi

22 noyabr 2024 , 17:36
Bakı həbsxanasında ÖLÜM

Bakı həbsxanasında ÖLÜM

22 noyabr 2024 , 17:10
Bakıda küçədən kişi meyiti tapıldı

Bakıda küçədən kişi meyiti tapıldı

22 noyabr 2024 , 16:31
Sürücüdən rüşvət alan yol polisləri  saxlanıldı

Sürücüdən rüşvət alan yol polisləri saxlanıldı

22 noyabr 2024 , 13:16
Abşeronda kişini maşın vurub öldürdü

Abşeronda kişini maşın vurub öldürdü

22 noyabr 2024 , 11:45