Respublikanın daxili işlər orqanları istirahət günlərində törədilən 19 cinayətin üstünü “isti izlər”lə açıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalan 26 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 105 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 93 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında baş verən 8 ağır yol-nəqliyyat hadisəsi nəticədə 9 nəfər ölüb.
Əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 16 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb.