İstanbulda rusiyalı turisti  ürəyindən   vurdular
12 iyun 2023 17:53 (UTC +04:00)

İstanbulda rusiyalı turisti ürəyindən vurdular

0

İstanbulun mərkəzində Rusiyadan gələn turistlə vəhşicəsinə davranılıb. 

Lent.az bildirir ki, bu barədə Türkiyənin “Habertürk” telekanalı məlumat yayıb.

Hadisə Taksim meydanı yaxınlığında baş verib. Dörd naməlum şəxsin rusiyalı turist Vyaçeslav Neçiporuka hücum edərək telefonunu ondan almağa çalışdığı bildirilir. Rusiyalı qarşıdurmaya girib və ürəyindən bıçaqlanıb.

O, xəstəxanaya çatdırılsa da, türkiyəli həkimlər onu xilas edə bilməyiblər.

Polis araşdırmaya başlayıb. Hücum edənlərin milliyyəti barədə məlumat yoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2753

Oxşar yazılar