İsmayıllıda uşağın telefonunu əlindən alıb pul istədilər
05 mart 2024 15:30 (UTC +04:00)

İsmayıllıda uşağın telefonunu əlindən alıb pul istədilər

İsmayıllıda yeniyetmədən hədə-qorxu ilə pul tələb olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, bu barədə zərərçəkənin valideyni polisə müraciətində bildirib. Onun sözlərinə görə, 2 nəfər övladının mobil telefonunu sosial şəbəkəyə daxil olmaq adı ilə alıblar və geri qaytarmaq qarşılığında pul tələb ediblər.

İsmayıllı rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Lətif Məhəmmədəli və yetkinlik yaşına çatmayan daha bir nəfər saxlanılıb. Onlar ifadələrində əməllərini etiraf ediblər.

Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3765

Oxşar yazılar