İsmayıllıda ovçular  saxlanıldı
26 oktyabr 2024 12:43 (UTC +04:00)

İsmayıllıda ovçular saxlanıldı

İsmayıllıda qanunsuz ov edən şəxslər saxlanılıblar.

Lent.az xəbər verir ki, İsmayıllı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz ov hallarının qarşısının alınması məqsədilə keçirilən tədbirlər zamanı rayonun Qalınçaq kəndi ərazisində qanunsuz ov edən 2 nəfər saxlanılıb.

Həmin şəxslərdən 2 ov tüfəngi, həmin silaha aid patronlar və  qanunsuz olaraq ovlanmış çöl quşları aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1269
avatar

Oxşar yazılar